Dünya

İranın ali dini liderliyi uğrunda mübarizə qızışır –Namizədlər siyahısında kimlər var?

19-06-2016, 22:21
İranın ali dini liderliyi uğrunda mübarizə qızışır –Namizədlər siyahısında kimlər var?

İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani dini lider Əli Xameneinin yerinə kimin gətiriləcəyi ilə bağlı açıqlamalar verib.

Xeberman.com xəbər verir ki, İranın "Qanun” qəzetinə açıqlama verən Rəfsəncani Məsləhət Şurasında yaradılan xüsusi komissiyanın Xameneinin yerinə kimin gətiriləcəyinə dair yüzlərlə insanla gizli görüşlər keçirdiyini bildirib.

Rəfsəncani bildirib ki, 3 nəfər mümkün namizədlər üzərində işləyib və əldə etdikləri məlumatları Məsləhət Şurasına təqdim ediblər.  

Qeyd edək ki, İranın hazırki dini lideri Xameneinin yaşlanması və səhhətindəki problemlər onun xələfinin kim olacağı ilə bağlı müzakirələri artırıb. Dini liderin özü də ötən il çıxışında xələfinin kim olacağı ilə bağlı siqnallar vermişdi. Hələ bu ilin fevral ayında Xamenei Məsləhət Şurasına namizədləri seçərkən şəxsi maraqlarını kənara atmalarını istəmişdi.

İmam-cümə Əhməd Hatəmi namizədlərin siyahısının Xameneinin özünə verildiyini də bildirib.

Xameneinin yerinə gətiriləcək namizədlərin siyahısı da açıqlanıb. Siyahıda dini liderin oğlu Müctəba Xamenei, mərhum dini lider Xomeyninin oğlu Həsən Xomeyni, İranın keçmiş ədliyyə naziri Mahmud Haşimi Şahrudi, hazırki prezident Həsən Ruhani də var. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]