Dünya

İŞİD İraqda qədim Nabu məbədini partlatdı

8-06-2016, 18:55
Eastnews.org-un verdiyi xəbərə görə, İŞİD terror təşkilatı İraqın Nəynevə vilayətindəki Nəmrud şəhərində yerləşən Nabu məbədini partladıb.   Terror təşkilatı məbədin partladılmasını əks etdirən videonu yayımlayıb. Videoda 2500 illik məbəd haqda ümumi məlumat verilir və onun şirk qoşulan yer olduğu vurğulanır. Daha sonra məbəd xüsusi quraşdırılmış partlayıcı qurğularla partladılır. Terrorçuların məbədi hansı tarixdə partlatdığı qeyd olunmayıb.   İŞİD terror təşkilatı bundan əvvəl də İraq və Suriyada çox sayda tarixi abidəni və ziyarətgahları partladıb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]