Dünya

İŞİD sosial şəbəkələrdə qız satışı ilə məşğuldur

3-06-2016, 19:48
"Bu qadını almaq istəyən bütün qardaşların nəzərinə. Qiyməti 8 min dollardır.”

İslamAzeri.az-ın "ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı sosial şəbəkələrdən qadınların seksual quldarlıq üçün tribuna kimi istifadə edir. İŞİD terrorçusunun "Facebook” sosial şəbəkəsində paylaşdığı şəkillərin birində satış üçün təqdim olunmuş 18 yaşlı qız təsvir olunub. Həmin terrorçu öz səhifəsində yazıb: "Bu qadını almaq istəyən bütün qardaşların nəzərinə. Qiyməti 8 min dollardır.” "Vaşinqton Post" qazeti məlum məsələyə işarə edərək, yazır: "Bu yazı mayın 20-si Facebookda almaniyalı İŞİD terrorçusu Əbu Əsəd əl-Almani tərəfində yazılıb.” "Facebook” sosial şəbəkəsi dərc edilmiş şəkili silib. Son aylar İŞİD terrorçular sosial şəbəkələri qadınların satılması, onlar ilə necə davranmaq və onları necə döymək olar qanunlarının yayılması üçün istifadə edir. Vaşinqtondakı Yaxın Şərq araşdırmaları üzrə institutun icraçı direktoru Stiven Stalinskiy bu haqda bildirir: "Biz İŞİD-in çoxlu vəhşiliklərinin şahidi olmuşuq, lakin son iki il ərzindəki bu cür vəhşilik hamını heyrətə salıb, xüsusən də sosial şəbəkələrdə qadınların satılması İŞİD vəhşiliyinin zirvəsini göstərir.”

Administratorla əlaqə

077 611-55-22

[email protected]