Dünya

Həsən Ruhaninin Ayətullah Xamenei barədə etirafı

3-06-2016, 17:22
İran prezidenti mərhum Ayətullah Xomeyninin vəfatının ildönümü ilə bağlı çıxış edib.
İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani mərhum Ayətullah Xomeyninin vəfatının ildönümü ilə bağlı çıxış edib. O çıxışı zamanı Ayətullah Xomeynidən sonra ölkənin rəhbərliyinin Ayətullah Xameneiyə tapşırılmasına toxunub. Həsən Ruhani deyib: "İmam Xomeyninin ölümündən sonra nigarançılıqlarımız olsa da, Allahın xüsusi lütfü və "Xobreqan" üzvlərinin seçimi ilə inqilabın rəhbəri olaraq Ayətullah Seyid Əli Xamenei seçildi. Bu addım xalqın qəm-qüssəsinə məlhəm və cəmiyyətin aramlığına səbəb oldu." "Nəinki o gün, bu günə qədər bu ağır vəzifəyə kimisə təyin etmək istəsəydik Ayətullah Xameneidən daha saleh şəxsi tapa bilməzdik. Ümüd edirik ki, bizlər İmam Xomeyninin yolunu davam edərək və ali məqamlı rəhbərimizin kölgəsi altında ölkəmizin problemlərini həll edərək, inqilabın hədəflərinə qısa bir zamanda çatacağıq.", -deyə İran prezidenti əlavə edib.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]