Dünya

İranda kürd və türk dilləri tədris olunur

31-05-2016, 17:02
Eastnews.org-un verdiyi xəbərə görə, İran hökuməti əhalisinin əksəriyyəti türk və kürd olan bölgələrdə dərslərin xalqın dili olan türkcə və kürdcə tədris edilməsi barədə qərar qəbul edib. İran İslam Respublikası prezidenti Həsən Ruhaninin dini və milli azlıqlar üzrə müşaviri Əli Yunusi bu barədə hökumətin qərarını açıqlayıb. "Bu layihə Kürdistan bölgəsində baş tutdu. Bundan sonra ölkənin bütün bölgələrində də tətbiq olunacaq" deyə Əli Yunusi bildirib. Ali Yunusi kürd dilinin, Kürdüstan Universitetində tədris edilməsinə toxunaraq belə danışıb: "Kürd dili və ədəbiyyatı fakultəsinin fəaliyyətə başlaması xalqın uzun illərdən bəri ümid və gözləntisi idi. Hökumətimiz xalqın istəyini reallaşdırdı".

Administratorla əlaqə

077 611-55-22

[email protected]