Dünya / İslam

İran bu il Həcc ziyarətinə zəvvar göndərməyəcək - RƏSMİ

31-05-2016, 14:48

İran bu il Məkkəyə Həcc ziyarətinə zəvvarlar göndərməyəcək.

Kanal15.tv-nin İran KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda İranın Həcc Komitəsi bildirib.

Komitə məlumat yayıb ki, İran Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən Həcc ziyarətinə zəvvarlar göndərnəyəcək.

Qeyd edək ki, Məkkədə – Mina dağında ötən ilin sentyabrın 24-də baş verən izdihamda 1400-dən artıq zəvvar ölüb, 2000-ə yaxın insan isə yaralanıb.

İran bu il Həcc ziyarətinə zəvvar göndərməyəcək - RƏSMİ

Administratorla əlaqə

077 611-55-22

[email protected]