Dünya

İŞİD-In Yeraltı Şəhəri Tapıldı

20-05-2016, 00:44

 İŞİD-in yeraltı şəhəri tapıldı

Mosul yaxınlığındakı Kurbadan qəsəbəsini İŞİD-dən təmizləyən İraq ordusu yeraltı şəhər sayıla biləcək tunellər şəbəkəsini aşkarlayıb.

Xeberman.com bulud.info-ya istinadən xəbər verir ki, İŞİD tunellərin müxtəlif nöqtələrində pulemyot və snayperlər yerləşdirib.
 
"Yeraltı şəhərin bəzi otaqlarında tələsik istifadə edilmiş tibbi vasitələr var idi. İŞİD döyüşçülərinin qaçarkən bu tunellərdən istifadə etdikləri aydın olur. Xeyli sayda partlayıcı və silahla yanaşı, gündəlik həyatda istifadə edilən qablar və yataq dəstləri tapılıb. Tunelin ucqar nöqtələrinə qədər elektrik xətti çəkilmişdi", - İraq ordusunun hərbçisi Firas əl-Nasir bildirib.
 
Firas əl-Nasir tunellərdə partlayıcı maddələr hazırlanan emalatxanaların olduğunu deyib.
 
Qeyd edək ki, Mosulun 60 kilometrliyində yerləşən Kurbadandakı yeraltı şəhərin bir bənzəri daha əvvəl Sincarda tapılıb. Burada 70-dən çox tunel aşkarlanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]