Dünya

Konçita da Putinlə görüşmək istəyir

28-10-2015, 00:00
Konçita da Putinlə görüşmək istəyir

Avroviziya-2014” mahnı müsabiqəsinin qalibi Konçita Vurstun dünya turnesi davam edir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əsl adı Tomas Noyvit olan ifaçı bu yaxınlarda Ukraynada televiziya şoularından birinə qatılıb. Daha sonra tədbirlərin birində jurnalistlərin suallarını cavablandıran Kkonçita maraqlı açıqlamaları ilə yadda qalıb.

Avstriyalı müğənni Rusiya prezidenti Vladimir Putinlə görüşmək arzusunda olduğunu bildirib:

“Əgər Putinlə tanış olmaq şərəfinə nail olsaydım, mütləq onunla danışmağa mövzu tapılardı. Başa düşmürəm ki, nəyə görə hamı üçün bərabər olmalı olan insan hüquqları bəziləri üçün pozulur. Dərinin rənginin, dinin hansı olmasının elə bir əhəmiyyəti yoxdur. Seksual oriyentasiya milliyyət kimi insan xarakterinin ayırlmaz hissəsidir. Bilirəm ki, Rusiyada homoseksuallar əleyhinə güclü təbliğat aparılır”.

Qeyd edək ki, Konçita daha əvvəlki açıqlamalarının birində Putin haqqında nisbətən yumşaq tonda danışmış və onu ideal kişi hesab etdiyini demişdi.

Xatırladaq ki, bir qədər əvvəl homoseksual müğənni Elton Con da Vladimir Putinlə görüşüb bəzi məsələlərlə bağlı danışıqlar aparmaq istədiyini açıqlamışdı.



Administratorla əlaqə

077 611-55-22

[email protected]