Dünya

İŞİD 35 üzvünü diri-diri torpağa basdırdı sonra görün nə etdi...

14-05-2016, 20:53

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, təkfirçi İŞİD terror təşkilatı 2014-cü ildən İraqın şimal və qərb hissəsində ələ keçirdiyi ərazilərdə zorakılıqlar törədir.  Belə ki, düşmən qüvvələri son günlər İraqda müharibə bölgəsindən qaçmağa çalışan 3-ü uşaq olmaqla bir ailənin 5 üzvünü diri-diri yandırdığı bildirilib.

Hadisə çərşənbə axşamı İraqın şimalındakı Kərkük bölgəsinin Riyad rayonunda hamının gözü qarşısında, açıq şəkildə törədilib. Terror təşkilatı özlərinə qarşı həyata keçirilən hərbi əməliyyatlardan qorunmaq məqsədilə yerli əhalidən canlı sədd kimi istifadə edir, bu səbəbdən bölgəni tərk etmək istəyənlərə qarşı cəza tədbirləri görür.

Bundan başqa İŞİD həmin gün döyüş meydanından qaçmaqda günahlandırdığı 35 üzvünü Mosulun cənubundakı Qayyarah şəhərinin kənarında diri-diri torpağa basdırıb.

İŞİD terror təşkilatı son aylar ərzində İraq ordusu və "Həşd Şabi” qüvvələrinin əməliyyatları nəticəsində xeyli itki verib. Həmçinin işğal etdiyi torpaqların üçdə iki hissəsini itirib.

İŞİD 35 üzvünü diri-diri torpağa basdırdı sonra görün nə etdi...

Administratorla əlaqə

077 611-55-22

[email protected]