Dünya

İranlı komandirin dünyasını dəyişməsi ilə bağlı müəmmalı xəbərlər

11-05-2016, 23:17
Eastnews.org-un verdiyi xəbərə görə, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Məhəmməd Nəzərinin Fars Körfəzində yerləşən Nezeat adlı ərazidə xidməti vəzifəsini yerinə yetirərkən infarkt keçirərək dünyasını dəyişdiyi bildirilib. Məlumata əsasən, o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İran mediasında yayılan bəzi xəbərlərdə isə 61 yaşlı komandirin ölüm səbəbinin döyüşlərdə həlak olması göstərilir. "Təsnim" xəbər agentliyi mayın 10-də komandirin ölüm səbəbini infarkt keçirməsi olaraq göstərsə də, mayın 11-də agentliyin saytında yayımlanan digər xəbərlərdə səbəb olaraq döyüşlərdə həlak olması göstərilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]