Dünya

“Allahu Əkbər” qışqıraraq insanlara hücum etdi

11-05-2016, 12:45

Münhen şəhəri yaxınlığında dəmir yolu stansiyasında naməlum şəxs insanlara hücum edib. Hücum nəticəsində beş nəfər yaralanıb.

Bu barədə RİA Novosti-yə Yuxarı Bavariya polisinin rəsmi nümayəndəsi Mixael Qrob bildirib.

"Hadisə bu səhər, saat 5 radələrində baş verib. Şübhəli şəxs insanlara bıçaqla hücum edib. Beş nəfər yaralanıb, o cümlədən bir nəfərin vəziyyəti çox ağırdır, həyatı təhlükədədir. Şübhəli şəxs saxlanılıb. Onun kimliyi müəyyənləşdirilir”, - Qrob deyib.

Polis nümayəndəsinin sözlərinə görə, hadisə araşdırır.

Reuters-in məlumatına görə, naməlum şəxsin hücumundan sonra bir kişi ölüb.

Yerli KİV-in məlumatına görə, hücum edən şəxs gəncdir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları şahidlərin ifadələrini öyrənirlər. Şahidlərin sözlərinə görə, kişi hücum zamanı "Allahu Əkbər” qışqırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]