Dünya

Qasim Süleymani olmasaydı Bağdad ələ keçirilmişdi

8-05-2016, 01:54
Xeberman.com İran medaisına istinadən verdiyi xəbərə görə, İraq parlamentindəki "Bədir" fraksiyasının üzvü Naci Muhəmməd İraq parlamentinin "yumşaq yolla" ələ keçirilməsi zamanı İran əleyhinə səsləndirilən şüarların Səddam tərəfdarlarının təxribatı olduğunu bildirib. "Təəssüf olsunki, "duzu yeyib duz qabını sındıran" az sayda kəsim, İran İslam Respublikasının haqqını yerinə yetirmir. Onların səsləndirdikləri şüarlar, təkcə özlərinə aiddir. İraq xalqı Vəliyyi Əmri Müsliminə (red: Müsəlmanların rəhbərinə) hörmət edir, İranın verdiyi dəstəklərə görə də, təşəkkürlərini ərz edir. Əgər iranlılar olmasaydı, əgər general Qasim Süleymani kimilər olmasaydı, inanın Bağdadı İŞİD ələ keçirmişdi. Əgər İran İnqilab Keşikçiləri Korpusunun dəstəyi olmasaydı, bir hərbi əməliyyat keçirmək mümkün olan deyildi.", - deyə İraq parlamentindəki "Bədir" fraksiyasının üzvü Naci Muhəmməd bildirib. Parlamentdəki təxribatçıların cavabının veriləcəyini də qeyd edən parlament üzvü deyib: "Təbii ki, bu cür alçaq aksiyalar fiaskoya məhkumdur, hədəflərinə çata bilməyəcəklər. Çünki, bundan əvvəl də, İrana qarşı qurulan daha böyük layihələr boşa çıxmışdı. Səsləndirilən şüarlar İran və İraq arasındakı çoxyönlü əlaqələrə ən kiçik təsir etməyəcək qədər önəmsizdir. İraq həmişə İran üçün dost və qardaş ölkədir." "İrana qarşı səsləndirilən şüarların arxasında devrilən Bəəs Partiyası və Səddam tərəfdarları var. Çünki onlar İraqın bəzi bölgələrini işğal edən Bəəs-təkfirçi qruplaşmalarla mübarizədə İranlı hərbi müşavirlər və özəlliklə General Süleymaninin qazandığı qələbələrdən xəbərdardırlar.", - deyə Naci Muhəmməd əlavə edib. Onun sözlərinə görə, səsləndirilən şüarlarla "Sədr" hərəkatı və sədri Müqtəda Sədrin heç bir əlaqəsi yoxdur: "Hər kəs bunu bilməlidir ki, Məhəmməd Baqir Sədr həyatının ən yaxşı dönəmini İran İslam Respublikasının qələbəsilə üst-üstə düşən illər olaraq dəyərləndirmişdir."

 
 Qasim Süleymani olmasaydı Bağdad ələ keçirilmişdi

Administratorla əlaqə

077 611-55-22

[email protected]