Dünya

Ən çox axtarılan İŞİD terrorçularından biri İraqda öldürüldü.

5-05-2016, 22:58
Ən çox axtarılan İŞİD terrorçularından biri İraqda öldürüldü.
Eastnews.org-un verdiyi xəbərə görə, ən çox axtarılan terrorçular siyahısında yer alan avstraliyalı terrorçu Neil Prakaş ABŞ-ın İraqdakı hava zərbələri nəticəsində öldürülüb. Melburn şəhərində doğulan terrorçunun 24 yaşı var idi. Avstraliyanın baş prokuroru Corc Brandis terrorçunun ölümünü təsdiqləyib. O, bu barədə açıqlama verərək "Bu xəbər bizi sevindirdi.  Çünki Prakaş İŞİD-in ən təhlükəli avstraliyalı terrorçularından biri idi".
 
Neil Prakaş keçmiş reperlər olub və buddizmdən "İslam" dininə keçib. O, 2013-cü ildə İŞİD-ə qoşulub. O, Suriyada Əbu Xalid əl-Kambodi ləqəbiylə tanınıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]