Dünya

Pakistan xalqı Hacı Zeynalabdin Tağıyevi buna görə sevirlər - TARİXİ FAKT.

3-05-2016, 11:44

Azərbaycana hərbi yardıma hazır olan Pakistanla tərəfdaşlığın ŞOK SƏBƏBİ.

Pakistan və Azərbaycanın yaxın qardaşlıq əlaqələri tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya xəstəliyi yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xaqı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna dualar oxuyur.

Pakistan xalqı Hacı Zeynalabdin Tağıyevi buna görə sevirlər - TARİXİ FAKT.

Administratorla əlaqə

077 611-55-22

[email protected]