Dünya

İŞİD-çilər saqqallarını qırxıb, qadın paltarında qaçır

20-10-2015, 17:13
İŞİD-çilər saqqallarını qırxıb, qadın paltarında qaçır


Rusiyanın hava zərbələrindən sonra Suriyadakı İŞİD döyüşçüləri saqqallarını qırxaraq qadın paltarında bölgəni tərk edir.

Cebhe.info xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, İŞİD-şilər əsasən Türkiyəyə qaçırlar.

“Onlar sərhədi daha təhlükəsiz keçmək üçün saqqallarını qırxır və hicaba bürünürlər”,- deyə nəşr vurğulayıb. Nəşrin yazdığına görə, İŞİD-çilər hətta qadın paltarına bürünməyin kişi üçün böyük günah olduğunu da nəzərə almırlar.

Jurnalistlər isə Aleppo yaxınlığında qırxılmış saqqallar və çox sayda ülgüc tapıb. “Sunday Times” müxbiri Hala Caber bu fotoları sosial şəbəkədəki səhifəsində yayıb.
Musavat.com

İŞİD-çilər saqqallarını qırxıb, qadın paltarında qaçır

Administratorla əlaqə

077 611-55-22

[email protected]