Dünya

Türkiyədə növbəti terror - 6 yaralı

29-04-2016, 21:00
Türkiyənin Mardin vilayətinin Nusaybin mahalında PKK terrorçuları tərəfindən yola quraşdırılan partlayıcının işə düşməsi nəticəsində 6 təhlükəsizlik əməkdaşı yaralanıb.
 
Axar.az xəbər verir ki, yaralılardan 3-ü polis əməkdaşı, digər 3-ü isə əsgərdir.
 
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
 
Qeyd edək ki, 14 martdan etibarən sözügedən mahalda komendant saatı elan edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]