Dünya

Brüsseldə terror aktı: 26 ölü, 90 yaralı FOTO VİDEO YENİLƏNİR

22-03-2016, 15:49

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi FederikaMogerini Brüsseldə baş verən terror aktına münasibət bildirib.

İordaniya xarici işlər naziri Nasir Cuda ilə Əmmanda təşkil edilən ortaq mətbuat konfransında danışan Mogherini, Avropa üçün kədərli bir gün olduğunu vurğulayıb:

Mogerini danışarkən göz yaşlarını saxlaya bilməyib.

***

Belçika xəbər agentlikləri, partlayışdan əvvəl silah səsləri eşitdiyi haqda məlumat yayıblar.

***
Belçika Federal Prokuroru, Brüssel Hava Limanındakı partlayışın intihar hücumu nəticəsində reallaşdığını açıqlayıb.

***

"Reuters” agentliyi hava limanında baş verən partlayışlardan sonra Brüssel metrosunda da partlayış baş verdiyi haqda məlumat yayıb.Bu partlayışda isə ən azı 11 nəfərin öldüyü, 55 nəfərin isə yaralandığı bildirilir.

Hazırda şəhərdə bütün avtobus, tramvay və metroların hərəkəti dayandırılıb, xalqa evlərini tərk etməmək xəbərdarlığı edilib.

***

Belçikanın paytaxtı Brüsseldə hava limanında ardıcıl iki partlayış baş verib. Partlayış zamanı azı 14 nəfərin öldüyü, 35 nəfərin isə yaralandığı bildirilir. Hadisə yerinə gələn rəsmilər partlayışın terror aktı olduğunu bildiriblər.Hazırda partlayışın baş verdiyi Zaventem Hava Limanı insanlardan boşaldılır, limana gələn bütün yollar isə qapadılıb.



Patlamanın yaşandığı havalimanı



Administratorla əlaqə

077 611-55-22

[email protected]