Dünya

ABŞ Əsəd və Putini hərbi tribunala verəcək

3-03-2016, 23:22

Martın 2-də ABŞ Nümayəndələr Palatasının xarici işlər komitəsi Suriya ilə bağlı iki qətnamə qəbul edib. Qətnama müəllifləri Obamadan İŞİD-ə qarşı daha qətiyyətli mübarizə aparmaq və Suriya xalqına yardımı artırmağı tələb edir.

Birinci qətnamədə Əsəd və onun müttəfiqləri, xüsusən İran və Rusiya Suriyada dins əhaliyə qarşı hərbi cinayətlərdə ittiham edilir. Sənəddə deyilir: "Suriya münaqişəsinin qurbanı olan dinc sakinlərin əksəriyyəti Suriya hakimiyyəti və müttəfiqləri, əsasən də Rusiya, İran və İranla əlbir olan Hezbollah terror təşkilatı tərəfindən qətlə yetirilib”.

Qətnamə müəllifləri Obama çağırış edir ki, o ABŞ-ın BMT-dəki nümayəndəsinə beynəlxalq tribunalın yaradılmasına dəstək verməyi tapşırsın. Bu hərbi tribunal Suriyada insanlığa qarşı cinayətlər törədənləri mühakimə edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]