Dünya

İŞİD liderinin alman arvadı qaçdı

29-02-2016, 00:57
"İraq və Şam İslam Dövləti"nin (İŞİD) yaraqlıları terror təşkilatının lideri Əbubəkir əl Bağdadinin arvadlarından birini axtarırlar.

Virtualaz.org "Əl Sumariya" telekanalına istinadən bildirir ki, alman Diana Krüger İraqın şimalındakı Naynava vilayətindəki malikanəni axşam saatlarında tərk edib. O, iki xidmətçisi ilə birlikdə qaçıb.

Hirsindən yerə-göyə sığmayan əl Bağdadinin arvadının axtarışlarına İŞİD-in "komandos" dəstəsini yolladığı deyilir. Terrorçular D.Krügeri xidmətçiləri ilə birlikdə ələ keçirməlidirlər.

İŞİD lideri ilə Diana Krügerin toyu ötən il oktyabrın 8-də İraqın Naynava şəhərində, məxfi şəkildə keçirilmişdi.

Toydan 5 gün sonra Diana Krüger İŞİD-in "qadınlar üzrə Şəriət məhkəməsinin baş hakimi" təyin olunmuşdu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]