Dünya

İran seçkiləri: İlkin nəticələrə görə islahatpərəstlər irəlidədir

27-02-2016, 23:23

 

Ekspertlər Şurasına keçirilən seçkilərin ilkin yekunları prezident Ruhani də daxil olmaqla islahatpərəst qüvvələrin irəldə olmasına dəlalət edir.

Tehran vilayətindəki səsvermənin nəticələrinə əsasən cənab Ruhani və sabiq prezident Həşəmi Rəfsəncani mühafizəkarların aparıcı namizədi Ayətullah Tağı Mesbah Yəzdidən ikiqat çox səs qazanıblar.

Cümə günü Ali Rəhbəri seçmək səlahiyyətinə malik 88 yerlik Ekspertlər Şurası ilə yanaşı parlamentin yeni tərkibinə də səs verilib.

Bu, İranın nüvə proqramına dairsövdələşmənin əldə olunmasından sonra keçirilən ilk seçkidir.

Seçkilərin nəticəsi islahatçı prezident Həsən Ruhaninin 2017-ci ildə yenidən seçilmək şanslarına təsir göstərə bilər.

İslahatçılar mühafizəkarların üstünlük təşkil etdiyi hər iki qurumda mövqelərini möhkəmlətməyə ümid edirlər.

İran parlamentinə 290 məclis üzvü 4 illik müddətə seçilməlidir. Seçicilər, eləcə də 8 illik müddətə Ekspertlər Şurasının 88 üzvünə səs veriblər.

Ekspertlər Şurasından fərqli olaraq parlament seçkilərinin yekunlarını cəmləşdirmək üçün daha çox vaxt tələb oluna bilər. Çox güman ki, səsvermənin qalibləri ikinci turdan sonra müəyyənləşəcək.


Administratorla əlaqə

077 611-55-22

[email protected]