Dünya

Türkmənbaşının qızıl suyuna çəkilmiş heykəli qoyuldu

25-05-2015, 15:00
Türkmənbaşının qızıl suyuna çəkilmiş heykəli qoyuldu
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun at üzərində əks olunduğu 21 metr hündürlüyü olan qızıl suyuna çəkilmiş heykəlinin Aşqabadda “Şəhər günü”ndə təntənəli şəkildə açılışı olub.

Xalqxeber.az xəbər verir ki, parlament monumentin açılışı barədə qərarı “vətəndaşların çoxsaylı müraciəti əsasında” qəbul edib.

Heykəlin rəsmi adı “Arkadaq binası”dır (Arkadaq Monumenti). Arkadaq türkmən dilindən “himayədar”, “dayaq” kimi tərcümə edilir. Dövlət rəhbəri ənənəvi türkmən geyimində axaltəkə atının üzərində, sağ əlini qaldırmış vəziyyətdə təsvir olunub. Prezidentin yanında sülh simvolu olan uçan göyərçin təsvir edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]