Dünya

Xamenei Ruhaniyə qarşı: ABŞ-la heç bir dialoq olmayacaq

30-05-2019, 16:16

İran ABŞ-la danışıqlar aparmaq niyyətində deyib.

Axar.az xəbər verir ki, bunu İran Ali dini lideri Əli Xamenei deyib.

“Biz əvvəllər də demişik ki, ABŞ-la danışıqlar aparmayacağıq. Danışıqlar zərərdən başqa heç bir fayda gətirmir. Bizim inqilabın baza dəyərləri, hərbi potensialımız danışıqlar predmeti deyil”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İran Prezidenti Həsən Ruhani ABŞ-ın Tehrana qarşı sanksiyaları ləğv edəcəyi halda onunla dialoqa başlaya biləcəklərini deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]