Dünya

İŞİD 2015-ci ildə Suriyada 1 800 uşağı sıralarına cəlb edib

15-01-2016, 21:20
İŞİD terror qruplaşması 2015-ci ildə 1 800 uşağı öz sıralarına qatıb.
 
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.
 
Məlumata əsasən, uşaqlardan azı 48 nəfəri terrorçu-kamikadze qismində həlak olub. Suriyada İŞİD-in nəzarəti altında olan ərazilərdə yetkinlik yaşına çatmamış uşaqların qəbulu üzrə xüsusi məntəqələr fəaliyyət göstərir.  Təlim düşərgələrində hazırlıq keçənlər daha sonra döyüş əməliyyatlarında iştirak edir və yaxud terror aktları törədirlər.
 
Şuranın hesablamalarına görə, 2016-ci ilin yanvarında terrorçular 175 nəfərdən ibarət növbəti qrupun hazırlığını başa çatdırıblar. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]