Dünya

"İran ilə müharibə bölgənin fəlakəti olar"

9-01-2016, 20:40
Səudiyyə Ərəbistanının Müdafiə naziri, ölkəsi ilə İran arasında baş verə biləcək müharibənin  bölgədə böyük bir fəlakətin başlanğıcı olacağını söyləyib. 

Müdafiə naziri Şahzadə Məhəmməd ibn Salman, ötən həftə Səudiyyə Ərəbistanında şiə din adamı Nimr Baqir əl Nimr  ilə yanaşı 47 məhkumun edam edilməsi və  İrandakı Səudiyyə səfirliyinə edilən hücumlardan sonra iki ölkə arasında yaşanan diplomatik gərginlikdən danışıb.

Nazir "Economist” jurnalına verdiyi müsahibədə, "İki ölkə arasında birbaşa müharibə ola bilərmi?" sualını cavablandırarkən bunları deyib: "Biz bunu planlaşdırmırıq və belə bir hadisəni arzulamırıq. İki ölkə arasında müharibənin olması üçün səy göstərən varsa, o şəxsin ağlı başında deyil". 

 Bunun ardından Şahzadə Məhəmməd, İranla müharibə ehtimalının olmadığını vurğulayıb: "Səudiyyə Ərəbistanı ilə İran arasındakı bir döyüş, bölgədə böyük bir fəlakətin başlanğıcı olur. Belə bir döyüşə qətiyyən icazə verməyəcəyik. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]