Dünya / Analitika

Əsəd ABŞ səfirinin üstünə niyə qışqırıb? - Təfərrüat

6-06-2017, 06:47
Əsəd ABŞ səfirinin üstünə niyə qışqırıb? - TəfərrüatSuriyada vətəndaş müharibəsi başlayarkən ABŞ-ın bu ölkədə səfiri olmuş Robert Ford bir neçə il əvvəl Bəşər Əsədlə görüşü vaxtı yaşadığı təəssüratı bölüşüb.

Lent.az xəbər verir ki, Bəşər Əsəd digər ərəb liderlərdən çox fərqlənir: “Onunla söhbət edəndə çox təsirli ola bilir və ikili münasibətləri yaxşı qurur. Tanıdığım digər ərəb liderlərdən fərqlənir. Məsələn, Hüsnü Mübarək kimi ağır deyil. Daha təvazökardır və bu cəhətdən İordaniya kralı Abdullaha bənzəyir. Amma Əsədin xoşuna gəlməyən bir şey dedikdə sizə asanlıqla yalan danışa bilər. Mənə elə bir şey dedi ki, ikimiz də həmin informasiyanın yalan olduğunu bilirdik. Müharibə başlamazdan əvvəl ona insan haqları ilə bağlı məsələdən danışdım. Çox əsəbiləşdi və mənə qışqırdı. Dedi ki, ABŞ insan haqları ilə bağlı dərs alacağı son ölkə ola bilər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]