Dünya

Səudiyyə Ərəbistanı neftin qiymətini daha da ucuzlaşdırdı

6-01-2016, 00:31
Səudiyyə Ərəbistanı Avropadan olan alıcılar üçün neftin qiymətlərini kəskin azaldıb.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco” neftin qiymətini əhəmiyyətli dərəcədə azaldıb.

Avropada müştərilərə satılan neft qiymətlərinin azaldılması haqda qərarı şirkət bu gün verib. Şirkət şimal-qərbi Avropa ölkələri üçün bir barelə 0,6 dollar və Aralıq dənizi regionunun ölkələri üçün bir barelə 0,2 dollar endirim edib. Endirim cari ilin fevralında çatdırılma ilə bağlı bağlanan müqavilələrə aiddir.

"Saudi Aramco” ayda bir dəfə qiymətlərini müəyyən edir. Qiymət neftin müxtəlif regional növlərinə və bir sıra amillərdən (tələbat və təkliflər) asılı olaraq dəyişir. Eyni zamanda Səudiyyə şirkəti Asiyadan olan müştərilər üçün bir barel neftə görə qiyməti 0,6 dollar yüksəldib. ABŞ üçün qiymət dəyişməz qalıb.

İran ekspertləri "Saudi Aramco”nun bu qərarını neft bazarlarına İranın qayıdışı ərəfəsində rəqabəti gücləndirmək cəhdi kimi izah ediblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]