Dünya

Türkiyə Suriyada ölüm ordusu hazırlayır

20-05-2017, 20:31

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” hərəkatının ilk mərhələsindən sonra Azad Suriya Ordusuna təlimləri gücləndirib.

Axar.az “Star” qəzetinə istinadən xəbər verir ki, bu barədə bölgədəki hərbi birləşmələrin səlahiyyətliləri məlumat yayıb.

Təlimlər zamanı türk hərbçiləri ASO-ya əvvəlki döyüşlərdə yol verilən nöqsanların aradan qaldırılması, yeni növ silahlardan istifadə olunması və başqa məsələlərlə bağlı hazırlanmış proqram çərçivəsində təlim keçəcək.

Bölgədəki hərbçilər “Artıq əvvəlki ASO yoxdur, tamamilə yeni bir ASO doğulur. Bu ordu növbəti əməliyyatlar zamanı öz gücünü göstərəcək”, - deyiblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]