Dünya

Putin sabiq rəisini təəccübləndirdi – FOTO

8-05-2017, 17:12

Ləğv olunmuş “DekaBank” ASC-nin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlu həbs edilib.
Xeberman.com Big.az-a istinadən verdiyi məlumata görə, N.Vəliyev barəsində ötən gün külli miqdarda vəsaiti mənimsəmə ittihamı ilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb və onun barəsində Binəqədi Məhkəməsinin qərarı ilə 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluqdan faktı təsdiqləyiblər.

N.Vəliyevin vəkili Adəm Məmmədov “DekaBank” ASC-nin sabiq rəhbəri N.Vəliyevin prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumu olduğunu açıqlayıb. Belə ki, T.Ağayev N.Vəliyevin bibisinin əridir. İddiaya görə, Tariyel Ağayev külli miqdarda (söhbət milyonlardan gedir – red.) vəsaiti mənimsəməklə onu aldadan qohumundan hüquq-mühafizə orqanlarına şikayət etmişdi.

“DekaBank” ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu bankın ləğv prosesi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]