Dünya

İsraildə ərəb dili ləğv edilir

7-05-2017, 20:17

İsrail hökumətinin Qanunvericilik məsələləri üzrə komitəsi dövlətin milli xarakteri ilə bağlı qanun layihəsini yekdilliklə təsdiq edib.

APA-nın verdiyi məlumata görə, sənədə əsasən ivrit dili vahid dövlət dili statusunda tanınacaq, ərəb dili isə yalnız xüsusi statusda olacaq.

Qanun layihəsində Qüdsün İsrailin paytaxtı kimi təsdiq edilməsi də təklif edilir. “Likud” Partiyasının təklifinə əsasən, sənəddə qeyd edilib ki, İsrail dövləti dinindən, irqindən və milliyətindən asılı olmayaraq, ölkənin hər bir sakininin mədəniyyətini, ənənəsini və dilini qoruyur.

Müxalifət isə artıq qanun layihəsini tənqid etməyə başlayıb və qanun layihəsinin vətəndaşların demokratik hüquqlarını pozduğunu vurğulayıb. Bundan sonrakı mərhələdə qanun layihəsi qanunverici orqan olan Knessetə təqdim ediləcək.

Qeyd edək ki, hazırda İsraildə ivrit dili ilə bərabər ərəb dili də dövlət dili statusundadır. İsraildə əhalinin 20 faizə yaxını ərəblərdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]