Dünya

ABŞ generalından Atatürk haqda inanılmaz sözlər

29-04-2017, 11:35
ABŞ generalından Atatürk haqda inanılmaz sözlər
Mən bir hərbçi olaraq, Atatürkün böyük heyranıyam. O, inanılmaz bir lider idi.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, bu sözləri ABŞ ordusunun təqaüddə olan generalı Uesli Klark deyib.

“Atatürk fikir adamı, strategiya mütəxəssisi olmaqla yanaşı, güclü iradəyə sahib bir komandir idi. Çörçillin 1914-cü ildə başlatdığı işğal planını dayandıran nadir şəxs idi. Təsəvvür edin, bunu yalnız bir adam dayandırdı - Atatürk. O, əsgərlərinə döyüşməyi, ölməyi əmr etdi və özü də onlarla birlikdə cəbhədə qaldı. Bütün bunlar çox cəsarətli addımlar idi. Belə liderlər dünyaya bir-iki dəfə gəlir. Bəlkə də bir də Yer üzünə Atatürk kimi lider gəlməyəcək. Məncə, Atatürk 20-ci əsrin ən böyük şəxsiyyətlərindən biridir”, - Klark bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]