Dünya

Fransada birinci tur prezident seçkilərində Le Pen önə çıxıb

23-04-2017, 23:06
Fransada birinci tur prezident seçkilərində Le Pen önə çıxıb
Fransa prezidentliyinə namizəd Marin Le Pen seçkilərin birinci turunda önə çıxıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin ilk açıqlamasında bildirilir.

İlkin hesablamalara əsasən, Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 24,15 % səs toplayıb. Onun əsas rəqibi sabiq iqtisadiyyat naziri Emmanuel Makron ikinci yerdədir (21,43%). Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,34 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon 17,96 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]