Dünya

Sillə ilə müalicə edən həkimin -7 YAŞLI QURBANI / FOTOLAR

23-04-2017, 21:24

Çinin paytaxtı Pekində xəstə insanları sillə vuraraq müalicə etdiyini söyləyən Hongçi Şiao adlı bir terapiya mütəxəssisi, Avstraliyadakı seminarı zamanı yeddi yaşlı bir uşağın ölümünə səbəb olub.

İddialara görə, bu şəxs sillə seansları edir və müasir tibbin insanları zəhərlədiyini deyir. Avstraliyalı bir ailə xəstə uşağına şəfa vermək üçün çinli terapistin qəbuluna girmək üçün 18 min dollar ödəyib və “sillə seansı” zamanı 7 yaşında bir oğlan uşağı həyatını itirib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, diabet xəstəsi olan yeddi yaşındakı azyaşlı uşaq, tibb işçiləri gələnə qədər şüurunu itirmiş vəziyyətdə olub. İddialara görə seminar müddətində (72 saat) hər hansı bir şey yemək qadağan olduğu üçün azyaşlı ac qalıb və insulin dərmanını içməyib, bu səbəblə qısa bir müddət içində şüursuz qalaraq həyatını itirib. Polis bu hadisə ilə bağlı Hongçi haqqında istintaqa başlayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]