Dünya

Donbasda ATƏT-in avtomobili partladıldı - Təcili

23-04-2017, 16:15

Ukraynanın Luqansk vilayətində ATƏT-ə məxsus avtomobil partladılıb.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, bu barədə separatçı Luqansk Xalq Respublikasından məlumat verilib.

“ATƏT-in müşahidəçilərinin içində olduğu avtomobil naməlum şəxslər tərəfindən basdırılmış minaya düşüb. Partlayış nəticəsində 1 ATƏT müşahidəçisi yaralanıb, digəri isə həlak olub”, - məlumatda bildirilib.

Separatçılar minanın Ukrayna hərbçiləri tərəfindən təxribat məqsədilə basdırıldığını iddia edib.

Ukrayna hökuməti və ATƏT məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]