Dünya

Tbilisi metrosunun sərnişinlərinə maraqlı sürpriz – FOTO

19-04-2017, 22:19

Aprelin 19-da Tbilisi metrosunun sərnişinləri maraqlı aksiya ilə üzləşiblər.

Oxu.Az “Qruziya Online” nəşrinə istinadən məlumat verir ki, sərnişinlər “İntellekt” və “Artanuci” nəşriyyatlarının kitablarını hədiyyə alıblar.

Bundan əlavə onlara aprelin 23-də Mtatsminda Panteonunda keçiriləcək “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş tədbirə dəvətnamə verilib.

Tədbir çərçivəsində Panteonun ərazisində sərgi açılacaq və kitablar endirimlə satılacaq.

Tbilisi meriyası həmçinin “şəhər-kitabxana” layihəsini də gerçəkləşdirir. Layihə çərçivəsində ilin sonuna qədər Tbilisi metrosunun bütün stansiyalarında elektron kitabların yüklənməsi üçün QR-kodlu qurğular quraşdırılacaq. Ümumilikdə şəhərdə 300 elektron kitabxananın istifadəyə verilməsi planlaşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]