Dünya

Peterburq terrorunun təşkilatçısı saxlanıldı – VİDEO

17-04-2017, 23:55

Moskva vilayətinin Odintsovo rayonunda Sankt-Peterburq metrosunda törədilən partlayışın təşkilatçılarından biri Abror Əzimov saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Xüsusi əməliyyat Odintsovo dəmir yolu stansiyası yaxınlığında keçirilib.

Bildirilir ki, 1990-cı il təvəllüdlü A.Əzimov terror hadisəsini törədən Əkbərcon Cəlilovu terrora hazırlayıb. Hazırda Abror Əzimov Rusiya İstintaq Komitəsində dindirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]