Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumda səs verib

16-04-2017, 15:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs verib.

Xeberman.com Trend-ə istinadən xəbər verir ki, daha əvvəl Türkiyənin baş naziri Binali Yıldırım və digər rəsmi şəxslər səs veriblər.

Səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.

Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanacaq.

Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edəcək.

Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.

Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-i başlayan səsvermə aprelin 16-dək davam edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]