Dünya

Misirin keçmiş nazirinə 7 il iş verildi

15-04-2017, 22:14
Misirin keçmiş nazirinə 7 il iş verildi
Misir məhkəməsi ölkənin keçmiş daxili işlər naziri Həbib əl-Ədlini iri məbləğdə mənimsəmə işi üzrə 7 il müddətinə azadlıqdam məhrum edib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə Əl-Ədlini, habelə Daxili İşlər Nazirliyinin (DİN) daha 10 sabiq əməkdaşını təqribən 110 milyon dolları mənimsəməkdə təqsirli bilib. Keçmiş nazir məhkəmənin hökmünü şikayət etmək hüququ var. DİN-in digər iki keçmiş əməkdaşı da 7 il azadlıqdan məhrum edilib, daha 6 nəfər 6 il, iki nəfər isə 3 il iş alıb. 2015-ci ildə Misir məhkəməsi ölkənin eks prezidenti Hüsni Mübarəyin dövründə işləmiş Əl-Ədlinin günahsız olduğuna qərar vermişdi. Onun üzərindən rüşvət almaq və dövlət vəsaitlərini mənimsəmək ittihamları götürülmüşdü.

Administratorla əlaqə

077 611-55-22

[email protected]