Dünya

Almaniyada matç öncəsi partlayış

11-04-2017, 23:00

Almaniyanın Dortmund şəhərində yerli futbol klubunun oyunçularını daşıyan avtobus yaxınlığında partlayış baş verib.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən şəhər polisi detallı məlumatın qarşıdakı dəqiqələrdə açıqlancağını bildirib.

Dortmund klubunun oyunçusu Mars Bartra partlayış səbəbindən avtobusun şüşəsinin qırılması nəticəsində xəsarət alıb.

Qeyd edək ki, bir neçə dəqiqədən sonra "Dortmund"-"Monako" matçı başlayacaq. Oyunun təxirə salınması ehtimalı var.

***

“Borrusiya Dortmund” klubu baş verən partlayışla bağlı rəsmi Tvitter hesabında açıqlama yayıb.

Axar.az xəbər verir ki, açıqlamada Mars Bartra adlı oyunçunun yaralandığı bildirilib.

“Avtobusun hərəkətə başladığı anda partlayış baş verdi. 1 nəfər yaralandı. Futbolçular təhlükəsizlikdədir. Matçın təxirə salınıb-salınmayacağı 22:30-da bəlli olacaq. Yeni məlumatlar üçün bizi izləyin”, - deyə bildirilib.

Qeyd edək ki, partlayış “Signal İduna Park” arenasından 10 km uzaqlıqda baş verib.

Polis insidentlə bağlı araşdırma aparır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]