Dünya

Çinin şimalında güclü zəlzələ baş verib

2-01-2016, 08:00
Çinin şimalında yerləşən Heilongjiang əyalətində 6,4 bal gücündə zəlzələ baş verib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çin zəlzələ şəbəkələri mərkəzi hadisənin Mudanjiang şəhərinin Linkou qəsəbəsində və 5,8 kilometr dərinlikdə baş verdiyini bildirib. Zəlzələ nəticəsində baş verən dağıntı, itki və xəsarət alanlar barədə məlumat yayılmayıb. 
437 min əhalilisi olan Linkou qəsəbəsi Heilongjiang əyalətinin şərqində yerləşir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]