Dünya

İsveçin baş naziri kövrəldi, ağladı - FOTOLAR

8-04-2017, 13:17

İsveçin baş naziri Stefan Löven Stokholmun mərkəzində yük avtomobilinin insanları vurmasını terror aktı kimi səciyyələndirib.

Milli.Az European-a istinadən bildirir ki, baş nazir şəhərin əsas piyada-gəzinti küçəsi olan Drottninqqatan küçəsində terakt yerinə baş çəkib. O, "Ahlens" univermağının vitrini qarşısında diz çöküb, insanların həlak olduğu yerə çiçəklər qoyub.

Kövrəlmiş baş nazir göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Pivə daşımaq üçün nəzərdə tutulmuş 30 tonluq yük avtomobili "Spendrups Brewery" şirkətinə məxsusdur. Şirkətdən verilən məlumata görə, avtomobil qaçırılıbmış.

Administratorla əlaqə

077 611-55-22

[email protected]