Dünya

Putin Merkelə uduzdu

28-12-2015, 10:11
Fransanın "Frans Press” (AFP) agentliyinin jurnalistləri Almaniya kansleri Angela Merkeli "İlin ən nüfuzlu şəxsi” elan ediblər.

APA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin agentlik tərəfindən təşkil olunan "İlin adam”ı reytinqində ikinci yeri tutub.

Siyahıda üçüncü yeri Roma papası Fransisk, dördüncü yeri bu il terror aktları ilə üzləşən parislilər, beşinci yeri İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi, altıncı yeri isə myanmalı siyasətçi, "Nobel” mükafatı laureatı Aun San Su Çji tutur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]