Dünya

Ərəblər heyrət içində - Yarımadaya qar yağıb

4-02-2017, 00:35

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, dünyanın ən isti yerlərindən sayılan Ərəbistan yarımadasına qar yağıb.

Birləşmiş Ərəb Əmirliyinin Milli Hidrometeorologiya Departamenti ölkənin şimalındakı Cebel Cess dağlıq massivinə qarın yağması barədə məlumat verib.

Qar paytaxtın təpəlik hissəsi, eləcə də Səudiyyə Ərəbistanının şimalında da müşahidə olunub.

Yarımada üçün qeyri-adi olan hava şəraitinin hələ beş gün davam edəcəyi proqnozlaşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]