Dünya

Braziliya həbsxanasında qiyam: 10 ölü

15-01-2017, 11:04

Braziliya həbsxanasında qiyam: 10 ölü
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, qiyam nəticəsində azı 10 nəfər ölüb.

Hüquq-mühafizə orqanların məlumatına görə, qiyam həbsxanada bir-biri ilə mübarizə aparan iki dəstə üzvlərinin toqquşması nəticəsində başlayıb.

Məlumatda həmçinin bildirilir ki, hüquq-mühafizə orqanları həbsxananın giriş və çıxışını bağlayıblar. Qeyd edək ki, həbsxanada qiyam naməlum şəxslərin həbsxanaya çöl divarından silah atmalarından sonra başlayıb.

Qeyd edək ki, yanvar ayının əvvəlindən Braziliyanın həbsxanalarında qiyam nəticəsində 100-dən artıq insan ölüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]