Dünya

Kiyev Məhkəməsi Yanukoviç barəsində həbs qərarı çıxarıb

8-01-2017, 02:47
Kiyev Məhkəməsi Yanukoviç barəsində həbs qərarı çıxarıb

Kiyevin Peçersk məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin və Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Vitali Zaxarçenkonun "kilsə işi" üzrə həbsi barədə qərar çıxarıb.

Xeberman.com Report-a xəbər verir ki, bu barədə "112 Ukrayna" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məhkəmə Baş Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Yanukoviç və Zaxarçenkonu həbs etməyə razılıq verib. Bu, həmçinin Kiyev milisinin keçmiş rəisi Valeri Koryaka da aiddir.

Müstəntiqin sözlərinə görə, şübhəli şəxslər istintaqdan və məhkəmədən gizlənirlər. Onları saxlamaq və hüquqi tədbirlər görmək üçün məhkəməyə gətirmək lazımdır.

Zaxarçenko, Yanukoviç və Koryak Ukraynanın pravoslav kilsəsinin nümayəndəsi Aleksandr Drabinkonun azadlıqdan qanunsuz məhrum edilməsində şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, Yanukoviç və onun ətrafı mərhum mitropolitə vəzifəsindən uzaqlaşmaq üçün təzyiq göstəriblər. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]