Dünya

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

4-01-2017, 15:10
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb.

Xeberman.com-uAPA-ya istinadən xəbərinə görə, parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti  yanvarın 19-da başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.  Fövqəladə vəziyyət rejimi bundan sonra oktyabrın 19-da  üç ay müddətinə uzadılıb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]