Dünya
Bağdadda terror aktında ölənlərin sayı 32-yə çatıb - YENİLƏNİB
2-01-2017, 15:10
İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə Bağdad polisi məlumat yayıb.
+++++
Bağdadda bazarda partlayış nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə "Reuters” İraq polisinə istinadən məlumat yayıb.
Bildirilir ki, avtomobildə quraşdırılmış partlayıcı qurğu insanların sıx olduğu ərazidə işə salınıb.
Hələlik məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.