Dünya

Cənubi Koreyada 250 min insan prezident əleyhinə mitinq keçirib

24-12-2016, 23:37
Cənubi Koreyada yüz minlərlə insan küçələrə çıxaraq prezident Pak Kın Xe əleyhinə keçirilən mitinqə qatılıb.

"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi məlumat yayıb.

Məlumata görə, aksiyada 250 mindən çox insan iştirak edib. Onlar Konstitusiya Məhkəməsindən prezidentin impiçment haqda qərarın qəbulunu tezləşdirməyi tələb ediblər. Aksiya insidentsiz başa çatıb.

Agentlik xəbər verir ki, bu, prezident əleyhinə keçirilən doqquzuncu aksiyadır. Artıq iki aydan çoxdur, həftənin şənbə günləri yüz minlərlə insan dövlət başçısının istefası tələbi ilə mitinq keçirir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]