Dünya

Əsəddən Ərdoğanla bağlı açıqlama

8-12-2016, 17:47
Əsəddən Ərdoğanla bağlı açıqlamaXeberman.com xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın ona toxunulmazlıq vəd etdiyini bildirib. Sputnik "Jerusalemonline" nəşrinə istinadla xəbər verir ki, Bəşər Əsəd Suriyanın "Al-Watan" qəzetinə müsahibəsində, ABŞ-ın ona ünvanlandığı təkliflərə aydınlıq gətirib.

"Mənə dedilər ki, "Suriyanı tərk etsən, istədiyin ölkəyə sığına bilərsən. Biz təminat veririk ki, Beynəlxalq Haaqa Məhkəməsi sizi cinayət məsuliyyətinə cəlb etməyəcək. Amma mən bu təklifi birmənalı olaraq rədd etdim" — deyə Əsəd bildirib.

Prezident, yalnız Rusiyaya səfər zamanı Suriyanı tərk etdiyini, qalan vaxtlarda isə həmişə iş başında olduğunu deyib. Əlavə edib ki, Qətər və Türkiyə kimi ölkələr onun xanımı Əsma Əsədə (Asma al-Assad) sığınacaq təklif edib.

Əsəd 6 ilə yaxındır qanlı müharibənin içində olan və 500 min suriyalının ölümü ilə nəticələnən Suriyadakı hakim rejimin gələcəyi barədə sualları cavablandırdığı müsahibənin sonuna yaxın, qəflətən ABŞ-ın təklifi barədə sürprizi açıqlayıb.

Qeyd edək ki, son illərdə Türkiyə hökuməti ilə Bəşər Əsəd arasında münasibətlər korlanıb. Bundan əvvəl isə Əsəd ailəsi hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsi ilə yaxın dost idi. Düşmən münasibətlərə baxmayaraq, Türkiyənin Əsma Əsədə sığınacaq təklif etməsi, ekspertlər tərəfindən maraqlı nüans kimi qiymətləndirilib. (sputnik)

Administratorla əlaqə

077 611-55-22

[email protected]