Dünya

Bərzanidən dünyanı silkələyəcək addım

22-12-2015, 07:05
Bərzanidən dünyanı silkələyəcək addımŞimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani Yaxın Şərqdə tarazlıqları dəyişdirəcək bir addım atıb.

Kürd lider müstəqillik referendumunun keçirilməsi üçün İraq Kürdüstan Demokratik Partiyasına (İKDP) yaxın olan şəxslərə təlimat verib.

İKDP Məsud Bərzaninin rəhbərliyi ilə toplantı keçirib. Muxtariyyətin rəhbərliyinə yaxın olan “Rudaw” saytına danışan İKDP-nin səlahiyyətlisi Aras Haso Mirhan toplantının əsas gündəminin müstəqillik olduğunu bildirib.


“Məsud Bərzani referendumun keçirilməsi üçün digər partiyalarla görüşlərin başlanmasını istəyib”, – o deyib.

Mirhan qarşıdakı günlərdə Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) ilə əhəmiyyətli bir görüşün keçiriləcəyini və daha sonra digər partiyalarla bir araya gələrək müstəqillik üçün konkret addımların müzakirə olunacağını söyləyib.

Xatırladaq ki, Məsud Bərzani 3 iyul 2014-cü ildə muxtar qurumun parlamentində keçirilən qapalı iclasda da müstəqillik üçün referenduma hazırlıq barədə təlimat vermişdi. Ancaq İŞİD-in kürd bölgəsinə hücumları referendum məsələsini gündəmdən çıxarıb.

Məsud Bərzani dekabrın 1-də Ər-Riyadda Səudiyyə kralı Salman bin Əbdüləziz əl-Səud ilə görüşüb. Bərzani burada keçirdiyi görüşlərdən sonra yaxın ətrafına bildirib ki, müstəqillik elan etsələr, buna qarşı çıxmayacaqlar. Ər-Riyaddan sonra Ankaraya gedən Bərzaninin Esenboğa hava limanındakı qarşılanma mərasimində Türkiyə və İraq bayraqları ilə yanaşı, Kürdüstan bayrağı da olub.

Bərzaninin Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdüyü Çankaya köşkündə də Kürdüstan bayrağı yerini alıb.

Kürd lider ötən ay Çexiya və Macarıstan səfərlərində bu ölkələrdən müstəqillik mövzusunda tam dəstək alıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]