Dünya

Dəmirtaş Moskvaya gedir

21-12-2015, 17:42
Dəmirtaş Moskvaya gedirPKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcək.

Bu barədə “Milliyet” qəzeti məlumat yayıb. Məlumata görə, S.Dəmirtaş bildirib ki, səfərin məqsədi partiyasının Rusiya təmsilçiliyinin açılmasıdır.

O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini də deyib.


“Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq” – deyə S.Dəmirtaş bildirib.

Səfər dekabrın 23-nə nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Türkiyə ilə Rusiya arasında gərginlik hökm sürür, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq dayandırılıb

Administratorla əlaqə

077 611-55-22

[email protected]